...

Ağdam rayon sakini ermənilər tərəfindən saxlanılıb

Siyasət Materials 2 İyul 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ağdam rayon sakini ermənilər tərəfindən saxlanılıb. Ermənistanın "Mediamaks" agentliyinin yaydığı məlumatda bildirilir ki, iyunun 30-da Səməndər Quliyev Ağdam istiqamətində Ermənistan və Azərbaycanın silahlı qüvvələrinin təmas xəttində saxlanılıb. Saxlanılarkən Quliyevin şəxsiyyətini təsdiq edən sənədlər üstündə olmayıb. Saxlanılan şəxs 1972-ci ildə Şuşada anadan olduğunu, Ağdamın Üçoğlan kəndində məskunlaşdığını deyib. Agentliyin məlumatına görə, qondarma Dağlıq Qarabağ Respublikasının aidiyyatı orqanları Quliyevin qarşı tərəfə keçməsinin səbəblərini araşdırır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən Trend ə hadisədən xəbərsiz olduqlarını və bu istiqamətdə araşdırma aparılacağını bildiriblər.

Xəbər lenti

Xəbər lenti