...

Goranboyda narkotik maddə satıcısı yaxalanıb

Siyasət Materials 2 İyul 2007 13:53 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (NMİQRŞ) əməkdaşları Goranboy rayonu ərazisində 255 qram narkotik maddə olan heroini satmaq istəyən qrupun üzvlərindən biri, 1977-ci il təvəllüdlü Nazim Əzim oğlun Sadıxovu yaxalayıb. Bu barədə bazar ertəsi NMİQR şöbəsinin rəis müavini Rafael İsmayılov məlumat verib. Onun sözlərinə görə, Ağstafa rayonunun Köçəsgər kənd sakini Sadıxov heroini 12 min dollara satarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. İsmayılov bildirib ki, Sadıxova bu alış-verişdə daha üç nəfər köməkçi olub."Qalan 3 nəfərin də şəxsiyyəti artıq məlumdur. Hazırda onların tutulması və istintaqa təhvil verilməsi istiqamətində işlər aparılır" - deyə İsmayılov əlavə edib. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Goranboy paytaxt Bakıdan 320 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti