...

Qırğızıstan prezidenti Apas Cumaqulovu Azərbaycandakı səfir postundan azad edib

Siyasət Materials 2 İyul 2007 15:49 (UTC +04:00)

Qırğızıstan prezidenti Kurmanbek Bakiyev respublikanın Rusiya, Gürcüstan, Azərbaycan və Ermənistandakı səfiri, habelə ölkənin Finlandiyadakı elçisi olmuş Apas Cumaqulovu tutduğu vəzifədən azad edib. Bu barədə bu gün Qırğızıstan prezidentinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Cumaqulovun vəzifədən azad olunmasının səbəbləri açıqlanmır. Bununla yanaşı bəllidir ki, Cumaqulov postu tərk etmək barədə niyyətini bir neçə gün əvvəl açıqlayıb. O bəyan edib ki, siyasətdə yolu gənclərə vermək niyyətindədir. Cumaqulov həmçinin bildrib ki, onun postunu qadın nümayəndəsinin tutmasını istəyir. ( İTAR-TASS )

Cumaqulov Qırğızıstanın Rusiyadakı səfiri postuna 2005-ci ilin aprelində təyin edilib. Əvvəllər o, respublikanın Almaniya, Norveç, Danimarka və Vatikandakı elçisi olub.

Xəbər lenti

Xəbər lenti