...

Asim Mollazadə beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb

Siyasət Materials 2 İyul 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bazar ertəsi ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) vitse-prezidenti Elizabet Duqanla görüşüb. Bu barədə bazar ertəsi partiyadan məlumat verilib.

Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, Demokratik İslahatlar Partiyasının BRİ ilə birgə proqramları müzakirə olunub. Müzakirələr zamanı ölkədəki ümumi demokratik islahatlarla bağlı məsələlərə, həmçinin partiya quruculuğuna toxunulub. Partiya ilə BRİ-nin əməkdaşlığının davam etdirilməsi və birgə proqramların gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulub.

Asim Mollazadə bu gün həmçinin ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə proqram menecerləri Aida Suyunduyeva və Eşli Moranla görüş keçirib. Görüş zamanı MDİ ilə partiyanın əməkdaşlıq etdiyi birgə layihələr müzakirə olunub. MDİ ilə Demokratik İslahatlar Partiyasının gələcəkdə də birgə layihələr həyata keçirməsinə qərar verilib.

Xəbər lenti

Xəbər lenti