...

AŞPA prezidenti Azərbaycana vida səfəri edəcək

Siyasət Materials 2 İyul 2007 18:03 (UTC +04:00)
AŞPA prezidenti Azərbaycana vida səfəri edəcək

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva, A.Qasımova / Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Rene Van der Linden iyulun 8-də Azərbaycana gələcək. Bu haqda bazar ertəsi telefonla Strasburqdan Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov məlumat verib. Diplomat qeyd edib ki, səfərin proqramını Azərbaycan tərəfi hazırlayır.

Van der Lindenin mətbuat katibi Mikaela Katalanonun Parisdən telefonla verdiyi məlumata görə, AŞPA prezidentinin səfəri onun Cənubi Qafqaz regionuna turnesi zamanı baş tutacaq.

Prezident Bakıda iki gün qalmağı planlaşdırır.

Mətbuat katibinin verdiyi məlumata görə, səfər zamanı Van der Linden Milli Məclisin deputatları, QHT-lər və siyasi partiyalarla görüşməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti