...

NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi: Putinin Qəbələ RLS-in ABŞ-la birgə istifadəsi təklifində müsbət inkişaf meylləri var

Siyasət Materials 2 İyul 2007 19:23 (UTC +04:00)
NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi: Putinin Qəbələ RLS-in ABŞ-la birgə istifadəsi təklifində müsbət inkişaf meylləri var

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ "Rusiya prezidenti Vladimr Putinin Azərbaycanda yerləşən Qəbələ RLS-in ABŞ-la birgə istismar olunması barədə təklifində müsbət inkişaf meyilləri var", - deyə NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi Robert Simmons bildirib.

İyunun əvvəlində Almaniyada "böyük səkkzilərin" sammitində Putin Amerikanın raketdən müdafiə sistemi yaratmaq məqsədi ilə Şərqi Avropada, xüsusilə də Polşa və Çexiyada RLS quraşdırmaq planına cavab olaraq ABŞ-a Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ RLS-i birgə istifadə etməyi təklif edib.

Bazar ertəsi Trend ə müsahibəsində Simmons qeyd edib ki, Putinin təklifi bu mühüm məsələ üzrə konstruktiv danışıqlara başlamaq istəyini göstərir. "Amma yenə də Qəbələ RLS-in raketdən müdafiə sistemində hansı rol oynadığını söyləmək tezdir. Bu, elə Azərbaycan, ABŞ və Rusiya rəsmi şəxslərinin müzakirə etməyə hazırlaşdıqları məsələdir",-deyə Simson əlavə edib.

Qəbələ RLS hələ sovet dövründə SSRİ-nin müdafiə sisteminin bir hissəsi kimi tikilib. Azərbaycan müstəqil olduqdan və stansiya onun mülkiyyətinə keçdikdən sonra, Rusiya tərəfi Azərbaycanın daxili siyasi həyatında baş verən dəyişikliklərə baxmayaraq stansiyanın birgə istfadə olunmasını təklif edib.

Stansiyanın icarəyə verilməsi barədə 10 illik razılaşma hələ 2002-ci ildə imzalanıb. Qəbələ RLS-lə bağlı məsələ Azərbaycanın daxili siyasi debatlarında müzakirə mövzusu olub. 2006-cı ildə Azərbaycan RLS-in istifadəsi üçün icarə haqqının iki dəfə artırılaraq illik 14,4 mln. dollara çatdırılması barədə məsələ qaldırmışdı.

Qəbələ RLS-lə bağlı Putinin təklifi bu gün növbəti dəfə ABŞ-da prezidentlər Corc Buş və Vladimr Putinin görüşündə müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti