...

NATO nümayəndəsi: "NAMSA Azərbaycana işğal olunmuş torpaqları azad edildikdən sonra həmin ərazilərin minalardan təmizlənməsində kömək etməyə hazırdır" (video)

Siyasət Materials 3 İyul 2007 15:37 (UTC +04:00)
NATO nümayəndəsi: "NAMSA Azərbaycana işğal olunmuş torpaqları azad edildikdən sonra həmin ərazilərin minalardan təmizlənməsində kömək etməyə hazırdır" (video)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ NATO-nun maliyyə-texniki təminat üzrə agentliyinin meneceri Karl-Xayns Myuntserin çərşənbə axşamı Bakıda verdiyi məlumata görə, agentlik Azərbaycan hökumətinə işğal olunmuş torpaqların azad edilməsindən sonra həmin torpaqların minalardan təmizlənməsində kömək etməyə hazırdır.

Menecerin verdiyi məlumata görə, NAMSA hazırda Yaxın Şərqdə analoji işlə məşğul olur. NATO nümayəndəsi hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli hərbi döyüş sursatlarının regionda yaratdığı təhlükəni aradan qaldıra bilər.

O qeyd edib ki, agentlik Azərbaycan hökumətinə işğal olunmuş torpaqların minalardan təmizlənməsində texniki yardım göstərə bilər.

NAMSA artıq Azərbaycan hökuməti ilə Ağstafa rayonunun Salolğlu kəndinin SSRİ dövründən qalmış minalardan təmizlənməsində əməkdaşlıq edir.

Əvvəllər Saloğlu kəndində Zaqafqaziyada ən böyük döyüş sursatı anbarı yerləşirdi. 1991-ci ildə 4 gün davam edən yanğın aramsız partlayışlarla müşayiət olunmuşdu.

Agentliyin fəaliyyətinin digər istiqamətini MELANJ raket yanacağının zərərsizləşdirilməsi layihəsində iştirak təşkil edir.

"NAMSA Azərbaycan hökuməti ilə bu layihələrdə iştirakından məmnundur və gələcəkdə müxtəlif layihələrdə iştrakı davam etdirməkdə maraqlıdır" - deyə Myuntser qeyd edib.

Xəbər lenti

Xəbər lenti