...

Azərbaycan XİN rəhbərinin müavini regionun enerji siyasəti barədə Vaşinqtonda məruzə ilə çıxış edəcək

Siyasət Materials 3 İyul 2007 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov iyulun 11-də Woodrow Wilson Center's Vaşinqton beynəlxalq təhsil mərkəzində məruzə ilə çıxış etmək niyyətindədir

Çərşənbə axşamı Vaşinqton mərkəzindən verilən məlumata görə, məruzə "Azərbaycanın energetika gündəliyi: Regional qeyri-müəyyənlik və enerji siyasəti" (The Security Agenda of Azerbaijan: Dealing with Regional Uncertainty and Energy Politics) mövzusuna həsr olunacaq.

Araşdırma mərkəzləri, müxtəlif müəssisələrin nümayəndələri, tələbə və ekspertlərin dinləyəcəyi çıxışın təşkilatçısı Woodrow Wilson Center's və Kennana İnstitutunun (Kennan Institute) Yaxın Şərq Proqramıdır.

Çıxış Əzimovun iyulun 8-12-də hökumətlərarası səviyyədə hərbi-siyasi məsləhətləşmələr aparmaq üçün Vaşinqtona səfəri çərçivəsində baş tutacaq.

İlkin olaraq tədbir aprelin 24-nə planlaşdırılsa da, daha sonra hökumətlərarası danışıqların qeyri- müyyən müddətə təxirə salınması səbəbindən Woodrow Wilson Center's görüşü də təxirə salınmışdı.

Xəbər lenti

Xəbər lenti