...

Azərbaycanın hakim partiyasının sədr müavini: "Prezident lazım bildiyi halda jurnalistləri əfv edəcək" (video)

Siyasət Materials 4 İyul 2007 12:59 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının sədr müavini: "Prezident lazım bildiyi halda jurnalistləri əfv edəcək" (video)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan prezidenti lazım bildiyi, ehtiyac duyduğu halda öz səlahiyyətlərindən istifadə edərək jurnalistləri əfv edəcək. Bu bəyanatla çərşənbə günü Trend ə eksklüziv açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov çıxış edib.

Onun sözlərinə görə, hər bir jurnalist əxlaq normalarını pozmamalı, ayrı-ayrı insanları mənəvi terrora məruz qoymamalıdır. Onların ləyaqətini alçaldan yazılar dərc etdirməməlidir.

"Biz istərdik ki, prezident həmişə olduğu kimi hüququndan, səlahiyyətindən bütün vətəndaşlara şamil etdiyi kimi jurnalistlərə də istəyinə uyğun şəkildə istifadə etsin" - deyə Əhmədov əlavə edib.

YAP təmsilçisi hesab edir ki, bu gün məmurlarla bəzi jurnalistlər arasında olan gərginlik məhz təhqirə yol verilməsi səbəbindən yaranıb. Digər xoşagəlməz tendensiya isə odur ki, bəzi jurnalistlər qanundan ali olduğunu və qanunların pozulmasının onlara şamil edilməməsi düşüncəsindədir. Bu zərərli fikir aradan qaldırılsa, problem həllini tapar.

Hazırda Azərbaycanda 7 jurnalist həbsdədir.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti