...

Səfir: "Azərbaycan prezidenti Qazaxıstana səfər edəcək"

Siyasət Materials 4 İyul 2007 13:21 (UTC +04:00)
Səfir: "Azərbaycan prezidenti Qazaxıstana səfər edəcək"

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov/ Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şupkutovun çərşənbə günü verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri avqustun 7-8- nə planlaşdırılıb və Qazaxıstan prezidentinin keçən il türkdilli dövlətlərin Antaliyada keçirilən sammitində etdiyi təklif əsasında baş tutacaq.

"Danışıqlar zamanı bizim enerji, nəqliyyat, kənd təsərrüfatı sahəsində əməkdaşlığımız və bir sıra məsələlər ilə bağlı mövqeyimiz müzakirə olunacaq" - deyə diplomat bildirib.

Səfər ərəfəsində iyulun sonunda və ya avqustun əvvəlində Azərbaycan- Qazaxıstan dövlətlərarası komissiyanın yığıncağı keçiriləcək və imzalanacaq sənədlər konkret olaraq müəyyənləşdiriləcək. Şupkutovun sözlərinə görə, yığıncağın dəqiq tarixi hazırda müəyyənləşdirilməkdədir.

Azərbaycan tərəfindən hökumətlərarası komissiyaya iqtisadi inkişaf naziri Heydər Babayev, Qazaxıstan tərəfindən isə energetika naziri Bakıtoja İzmuxambetov başçılıq edəcək.

Xəbər lenti

Xəbər lenti