...

AMİP lideri müxalifətin toplantılarında iştirak etməməsinin səbəblərini açıqlayıb

Siyasət Materials 4 İyul 2007 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun müxalifət liderlərinin görüşlərinə, toplantılarına qatılmaması onun ölkədaxili siyasi proseslərdə iştirak etməməsi ilə bağlıdır. Bu barədə Məmmədov özü açıqlama verib.

Qeyd edək ki, AMİP də daxil olmaqla bir neçə müxalifət partiyası məşvərət qurumu yaradıb və görüşlər keçirirlər. Məmmədov deyib ki, məşvərət toplantısında AMİP-in səlahiyyətli şəxsləri iştirak edir və buna görə də özünün iştirakına ehtiyac yoxdur: "AMİP-in rəsmi səlahiyyətli strukturları var və qərarları da özləri qəbul edirlər. Mən daxili siyasi proseslərdə iştirak etmirəm, başqa problemlərlə məşğulam. Müxalifət partiyaların toplanıb daimi məşvərət aparmasını isə mən lazımlı hesab edirəm. Bu toplantılarda AMİP-i rəsmi təmsil edən şəxslərin iştirakı kifayətdir" - deyə Məmmədov açıqlama verib.

AMİP-in hazırkı sədri Ayaz Rüstəmov isə bildirib ki, müxalifət liderlərinin toplantılarında partiya rəhbərləri Məmmədovun da iştirakının zəruri olduğunu deyirlər: "Mən partiya rəhbərlərinin bu fikrini Etibar Məmmədova çatdırıram. Amma o, AMİP sədrliyindən istefa verərkən də demişdi ki, partiyadaxili işlərə qarışmayacaq. İndi də eyni fikirdədir və müxalifət liderlərinin görüşlərində iştirak etmək istəmir" - deyə Rüstəmov bildirib.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti