...

Şəmkirdə silah-sursat tapılıb

Siyasət Materials 4 İyul 2007 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Şəmkir rayonunda silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü bildiriblər ki, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının apardığı axtarış-əməliyyat tədbirləri zamanı rayon ərazisindən bir avtomat silah, 23 avtomat patronu və iki patron darağı tapılıb. Faktla bağlı araşdırma aparılır və silahların kimə məxsus olduğu müəyyənləşdirilir.

Şəmkir paytaxt Bakıdan 400 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti