...

Türkiyə vətəndaşı azərbaycanlını qətlə yetirib

Siyasət Materials 4 İyul 2007 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, Yasamal rayonunun 20 saylı orta məktəbində təmir işlərində iştirak edən Türkiyə vətəndaşı Hazar Ersin Mahmut Nəriman oğlu münaqişə zəmnində Bakı şəhər sakini Azər Xəlilova bıçaqla xəsarət yetirib. Bıçaq yarası alan Xəlilov xəstəxanada ölüb. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyə vətəndaşı tutulub.

Xəbər lenti

Xəbər lenti