...

Sergey İvanov xəbərdarlıq edir ki, ABŞ Rusiyanın RƏM ilə bağlı təkliflərini rədd etsə, Moskva adekvat cavab tədbirləri görəcək

Siyasət Materials 4 İyul 2007 16:51 (UTC +04:00)

Rusiya baş nazirinin birinci müavini Sergey İvanov istisna etmir ki, ABŞ Rusiyanın təkliflərini qəbul etməsin və xəbərdarlıq edir ki, belə olan halda adekvat cavab tədbirləri görüləcək. ( İTAR-TASS )

"Əgər bizim təkliflərimiz qəbul edilməsə, Rusiya məsələ ilə bağlı mövqeyini səbrlə və təkidlə başa salmaqda davam edəcək " - deyə İvanov jurnalistlərə bildirib.

"Lakin eyni zamanda biz təhlükəsizliyin təminatı istiqamətində adekvat tədbirlər görəcəyik. Biz artıq bu tədbirləri görürük. Assimetrik və effektiv cavab tapılıb. Biz nə etdiyimizin fərqindəyik. Bu, hadisələrin istənilən inkişafı istiqamətində təhlükəsizliyin 100 faizlik təminatıdır" - deyə Rusiya rəsmisi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti