...

İsrail hökumətində dəyişikliklər baş verib

Siyasət Materials 4 İyul 2007 19:40 (UTC +04:00)
İsrail hökumətində dəyişikliklər baş verib

İsrail, Yerusəlim/ Trend müxbir Y.Mişiyev/Bu gün İsrail hökumətinin iclasında nazir vəzifələrinə yeni təyinatlar müəyyən olunub. Axşam isə həmin təyinatlar təsdiq olunmaq üçün parlamentə - Knessetə təqdim olunacaq, - deyə Trend in İsraildəki xüsusi müxbiri məlumat verib. Yuxarıda göstərilmiş dəyişikliklərin gərəkliyi haqqında çoxdan danışılırdı. Amma baş nazir Ehud Olmert bir neçə ay gözləyib, belə ki, söhbət ən mühim nazir postlarından gedirdi.

Xatırladaq ki, mayın sonu-iyunun əvvəlində "Avod" partiyası sədrinin seçkisi olub. Həmkarlar ittifaqının lideri və İsrail müdafiə naziri Amir Peretsin yerinə hərbi general və eks-baş nazir Ehud Barak gəlib. O, partiyaya rəhbərlik edir və nadafiə naziri vəzifəsində Amir Peretsi əvəz edir.

İyunun 13-də keçirilən İsrail prezidenti seçkilərində Şimon Peres qalib gəlib. Nəticədə onun tutduğu baş nazirin birinci müavini və Neqeva və Qaliley rayonlarının inkişafına cavabdeh olan nazir vəzifələri boşalıb.

Bu günlərdə maliyyə fırıldağı və iş zamanı zor tətbiqetmə ittihamları ilə istintaq altında olan maliyyə naziri Avraam Qirşzonun istefaya getməsi elan olundu.

Sadalanan bütün bu hadisələr Ehud Olmerti nazir portfelinin yenidən bölüşdürülməsi haqda təklif verməyə sövq etdi.

Hökumət tərəfindən aşağıdakı təyinatlar oldu: Xaim Ramon baş nazirin birinci müavini, Neqeva və Qaliley rayonlarının inkişafına cavabdeh olan nazirliyə isə Yakov Edri rəhbərlik edəcək. Roni Bar-On daxili işlər naziri portfelini maliyyə naziri portfeli ilə dəyişməli olub. Daxili işlər naziri isə keçmiş tikinti naziri Meir Şitrit olub.

Zeev Boym tikinti nazirliyinə rəhbərlik edəcək.

Daha bir təlinatla isə Knesset komissiyasına rəhbərlik edən Ruxam Avraam isə portfelsiz nazir olacaq.

Baş verən dəyişikliklər nəticəsində baş nazir Ehud Olmertin "Kadima" partiyasında tərəfdarlarının mövqeyi güclənib. Ona daha yaxın insan isə birinci müavini Xaim Ramon olacaq.

İndi isə axşamı gözləmək lazımdır, amma şübhə yoxdur ki, Knesset bu dəyişiklikləri təsdiq edəcək.

Xəbər lenti

Xəbər lenti