...

Azərbaycan prezidenti Venesuelanın dövlət başçısını təbrik edib

Siyasət Materials 4 İyul 2007 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Venesuela Bolivar respublikasının prezidenti Huqo Rafael Çavez Friasa təbrik məktubu göndərib. Bu barədə Trend xəbər verir.

Məktubda Venesuela prezidenti ölkəsinin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edilir, Azərbaycanla Venesuela arasındakı münasibətlərin daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəyinə ümid ifadə olunur.

Xəbər lenti

Xəbər lenti