...

Avropa Şurasının "Aqo" Qrupu Azərbaycanın bəzi müxalifət liderləri ilə görüşüb

Siyasət Materials 5 İyul 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakıda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə "Aqo" Monitorinq Qrupu cümə axşamı görüşlərə Azərbaycanın müxalifət partiyalarının rəhbərli ilə başlayıb. "Aqo" Qrupu ilə görüşdə Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu iştirak ediblər.

Cəlaloğlunun görüş barədə verdiyi məlumata görə, müxalifət liderləri Azərbaycandakı ictimai-siyasi durum, vətəndaşların sərbəst toplaşmaq hüququ, söz azadlığının, medianın, insan haqlarının vəziyyəti, siyasi məhbus problemi,jurnalistlərin həbsi barədə məlumatları qonaqlara çatdırıblar: "Seçki komissiyalarının formalaşdırılması barədə müxalifətin təkliflərini, həmçinin müxalifətin kütləvi aksiyalar keçirməsinə yaradılan maneələr, müxalifət təmsilçilərinin elektron KİV-lərə buraxılmaması, İctimai Televiziyanın lazımi öhdəlikləri yerinə yetirməməsi kimi mövcud durumu izah etdik. Mən bildirdim ki, hətta ADP-nin hakimiyyətlə dialoq qurulması barədə qərarından sonra da bizə qarşı münasibət dəyişməyib" -deyə Cəlaloğlu qeyd edib.

Görüşdə Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirməsi səviyyəsi də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti