...

Azyaşlı uşaqların cinayət törətmə faktı 31% azalıb

Siyasət Materials 6 İyul 2007 11:59 (UTC +04:00)
Azyaşlı uşaqların cinayət törətmə faktı 31% azalıb

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda azyaşlı uşaqların cinayət törətmə faktı ötən ilə nisbətən 31% azalıb. Bu barədə cümə günü daxili işlər nazirinin müavini Oruc Zalov məlumat verib. Onun sözlərinə görə, azyaşlı uşaqların cinayət törətmə faktı ilə bağlı əvvəlki illərdə orta hesabla 1100 cinayət hadisəsi qeydə alınırdısa, indi bu rəqəm 500-ə enib. Zalov bildirib ki, azyaşlı uşaqların canayət törətmə faktının azalmasına səbəb DİN-in digər nazirliklərlə birgə tədbirləri gücləndirməsi olub. DİN rəsmisi onu da deyib ki, Azərbaycanda uşaq alveri ilə bağlı bu il cəmi bir neçə fakt qeydə alınıb. Azyaşlı uşaqların istismara məruz qalmasına gəlincə, Zalov bildirib ki, il ərzində təxminən 500-600 baxımsız uşaq ailələrinə və internat məktəblərinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti