...

NATO baş katibinin müavini Azərbaycana səfərindən çox şey gözləyir

Siyasət Materials 6 İyul 2007 16:24 (UTC +04:00)
NATO baş katibinin müavini Azərbaycana səfərindən çox şey gözləyir

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ NATO baş katibinin müavini Jan Furne Bakıda hər il təşkil olunan NATO həftəsinin uğurla keçəcəyinə ümid edir.

"Mən Azərbaycana qarşıdakı səfərimdən çox şey gözləyirəm",-deyə cümə güünü Furne Trend ə müsahibəsində bildirib

9-14 iyulda Bakıda NATO həftəsi keçiriləcək. NATO baş katibinin müavini Jan Furne isə iyulun 9-10-da Bakıya səfər edəcək.

Furnenin sözlərinə görə, bazar ertəsi o, NISA (Azərbaycanda NATO beynəlxalq məktəbi) yay sessiyasına gedəcək, həmçinin "Enerji təhlükəsizliyi və Avroatlantik regionda kəskin infrastrukturun qorunması" şüarı altında kollekviumun açılışında iştirak edəcək. Səfər proqramına Ekologiya və təbii sərvətlər naziri, xarici işlər nazirinin müavini və Milli Elmlər Akademiyasının prezidenti ilə görüşlər daxildir.

"Mən Azərbaycanda xalq diplomatiyası səylərinin gələcək inkişaf yollarını, NATO təhlükəsizlik proqramı vasitəsilə əldə olunmuş uğurları və digər elmi proqramları müzakirə etmək niyyətindəyəm",-deyə Furne bildirib.

Azərbaycanda NATO həftəsi NATO-nun maddi və ekspert yardımı ilə Xarici Işlər Nazirliyi tərəfindən təşkil edilir. Bu il NATO-nun Azərbaycanda beynəlxalq məktəbi qeyri-hökumət təşkilatının 5 illiyi qeyd olunur. O, 2003-cü ildə yaradılsa da 2007-ci ilin mart ayında qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti