...

Azərbaycanda butan-butilen istehsalı artıb

Siyasət Materials 6 İyul 2007 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Yanvar-iyun aylarında Heydər Əliyev adına NEZ-də (keçmiş "Azərneftyanacaq") 75,65 min ton butan-butilen qarışığı istehsal olunub. Bu barədə cümə günü Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib. Bu göstərici proqnozdan 33 faiz - 18,75 min ton çoxdur.

"Heydər Əliyev adına NEZ ARDNŞ-in tərkibinə daxildir.

Ötən ilin yanvar-iyun aylarında butan-butilen qarışığının istehsalı 56,94 min ton təşkil edib ki, bu da bu illə müqayisədə 18,71 min ton (32,9%) aşağıdır. 2006-cı ildə 148,22 min ton, 2005-ci ildə isə 129,62 min ton butan-butilen qarışığı istehsal olunub.

Yanvar-iyun aylarında propan-propilen qarışığı istehsal olunmayıb. 2005-ci ildə isə propan-propilen qarışığı 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti