...

Avropa Şurası Parlament Assambleyası sədrinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 7 İyul 2007 12:02 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası sədrinin Azərbaycana səfər proqramı açıqlanıb

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Rene van der Lindenin Azərbaycana səfər proqramı açıqlanıb. Milli Məclisin mətbuat xidmətindən şənbə günü bildiriblər ki, AŞ PA sədrinin Azərbaycana səfəri şənbə günü axşam saatlarından başlayacaq. Lindenlə rəsmi görüşlər isə iyulun 9-da keçiriləcək.

AŞ PA sədri bazar ertəsi səhər Milli Məclisdə görüşlər keçirəcək. Daha sonra baş nazir, xarici işlər nazirinin müavini, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri ilə görüşəcəyi planlalaşdırılıb. Günün sonunda isə Lindenin səfərin nəticələrinə dair mətbuat konfransı keçiriləcək.

AŞ PA sədri Azərbaycana səfərdən öncə iyulun 4-5-də Ermənistanda, 5-7-də isə Gürcüstanda olub.

Cənubi Qafqaz regionuna səfərdən öncə Linden bəyan edib ki, Avropa Şurası bu regiona daha çox diqqət ayırır. "Mənim ikinci səfərim zamanı region dövlətlərində olan dondurulmuş münaqişələrin həlli istiqamətində müzakirələrin aparılması imkanı əldə ediləcək" deyə Linden əlavə edib.

Xəbər lenti

Xəbər lenti