...

Müxalifətyönlü partiyanın qurultayı oktyabrda keçiriləcək

Siyasət Materials 7 İyul 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ədalət Partiyasının qurultayı bu ilin oktyabrında keçiriləcək. Bu barədə partiyanın sədr müavini Elxan Şükürlü məlumat verib.

Qurultayda partiyanın Nizamnaməsinə dəyişiklik ediləcək. Partiyanın sədrliyə əsas namizədi hazırda İlyas İsmayılovdur. Elxan Şükürlünün sözlərinə görə, qurultay zamanı başqa şəxslər də namizədliyini irəli sürə bilər.

Bu, Ədalət Partiyasının sayca dördüncü, ADP-dən ayrıldıqdan sonra ikinci qurultayıdır. Ədalət Partiyası 2000-ci ildə Azrbaycan Demokrat Partiyasından (ADP) ayrılıb. Ondan sonra partiyanın qurultayı bir dəfə keçirilib.

Müxalifəti təmsil edən Ədalət Partiyasının sədri İlyas İsmayılov Azərbaycan Milli Məclisinin deputatıdır.

Xəbər lenti

Xəbər lenti