...

Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərə qatılıb

Siyasət Materials 9 İyul 2007 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq Azərbaycan hərbçiləri "Sülh naminə Tərəfdaşlıq" proqramı çərçivəsində bu gündən başlayaraq iyulun 20-dək Albaniyanın Tirana şəhərində "Cooperative Lancer/Lonqbow" təliminin Yekun Planlaşdırma Konfransında və Gürcüstanın Tiflis şəhərində "Cooperative Arcer" təlimində iştirak edəcəklər. Bu barədə bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanla ABŞ, Böyük Britaniya, Almaniya, Rumıniya, Türkiyə və Pakistan arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlığa uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra təlim kurslarında iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti