...

Demokratiya Uğrunda İttifaq növbəti dəfə Qarabağ Forumu keçirəcək

Siyasət Materials 9 İyul 2007 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratiya Uğrunda İttifaq növbəti dəfə Qarabağ Forumu keçirilməsinə qərar verib. Bu barədə İttifaqda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bazar ertəsi məlumat verib.

İttifaqın Sədrlər Şurasının bazar ertəsi keçirilən toplantısında iyulun 2-də keçirilmiş Qarabağ Forumunun nəticələri müzakirə edilib. Forumda səslənmiş təkliflər nəzərə alınmaqla işçi qrup növbəti dəfə təkliflər hazırlayacaq.

Sədrlər Şurası qərara alıb ki, avqustun yeddisində saat 12.00-da Beynəlxalq Mətbuat Mərkzində növbəti Qarabağ Forumu keçirilsin.

İclasda həmçinin İttifaqın əleyhinə KİV-də aparılan təbliğatla bağlı bəyanat qəbul edilib.

"Demokratiya Uğrunda İttifaq" müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları tərəfindən təsis olunub. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Xəbər lenti

Xəbər lenti