...

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv edib

Siyasət Materials 10 İyul 2007 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Konstitusiya Məhkəməsi Plenumunun növbəti məhkəmə iclası keçirilib. İclasda R.Cavadov və digərlərinin şikayəti ilə əlaqədar Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 18 may tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb. Konstitusiya işi cavabdehin - Ali Məhkəmənin nümayəndəsinin iştirakı olmadan araşdırılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Babayevin məruzəsini, ərizəçinin nümayəndəsi A.Bağırovun çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.Qərarla Cavadov və digərlərinin Əsgərov və digərlərinə qarşı mənzilə olan yaşayış hüquqlarının itirilməsi haqqında iddiasına, habelə Əsgərovun Cavadov və digərlərinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin qismən ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız sayılması və qeydiyyat vəsiqəsinin qismən etibarsız hesab edilməsi ilə əlaqədar qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının məlum qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki -Prosessual Məcəllənin 416-cı və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib. İşə bu qərara uyğun olaraq mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılacaq.

Xəbər lenti

Xəbər lenti