...

Səfir: "Almaniya DİN-ə özlərini azərbaycanlılar kimi təqdim etmiş erməni cinayətkarları ifşa edən materiallar təqdim edilib"

Siyasət Materials 10 İyul 2007 15:33 (UTC +04:00)
Səfir: "Almaniya DİN-ə özlərini azərbaycanlılar kimi təqdim etmiş erməni cinayətkarları ifşa edən materiallar təqdim edilib"

Azərbaycan, Bakı, /müx. Trend S.Ağaeva/ Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovun verdiyi məlumata görə, Azərbaycanın Almaniyadakı səfirliyi bu ölkənin Daxili İşlər Nazirliyinə Almaniya ərazisində yaşayan və özlərini azərbaycanlı kimi qələmə verən erməni milliyətindən olan cinayətkarları ifşa edən bir sıra material təqdim edib.

Onun sözlərinə görə, Almaniyada qeyri-qanuni yaşayan azərbaycanlılar haqqında dəqiq məlumat yoxdur, rəqəmlər 4500-6000 ətrafında dəyişir. Qeyri-qanuni vətəndaşların müəyyən hissəsi bu ölkəni tərk etməli olan erməni milliyətli şəxslərdir. Əksər hallarda onlar özləri barədə yanlış məlumat verir, özlərini keçmiş Azərbaycan vətəndaşları kimi təqdim edirlər" - deyə səfir bildirib.

Onun sözlərinə görə, səfirlik bu şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə məşğul olmur, lakin Almaniyanın müvafiq orqanlarına, xüsusilə də DİN-ə malik olduğu materialları təqdim edir.

Qeyri-leqallarla bağlı problemi həll etmək məqsədilə readmissiyaya dair müqavilə layihəsi üzərində iş aparılır və diplomatın qeyd etdiyi kimi bu, Azərbaycan və Almaniyanın maraqlarına uyğun olacaq.

Xəbər lenti

Xəbər lenti