...

Səfir: "İlin sonuna qədər Azərbaycan və Almaniya energetika sahəsində əməkdaşlıq üzrə Memorandum imzalayacaqlar"

Siyasət Materials 10 İyul 2007 15:37 (UTC +04:00)
Səfir: "İlin sonuna qədər Azərbaycan və Almaniya energetika sahəsində əməkdaşlıq üzrə Memorandum imzalayacaqlar"

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan və Almaniya arasında energetika sahəsində əməkdaşlıq haqqında Memorandumun imzalanmasını ilin sonuna qədər gözləmək olar. Bunu Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov bildirib.

O qeyd edib ki, bu sənəd daha öncə Avropa Birliyi və ABŞ-la imzalanmış sənədin oxşarıdır.

Şahbazovun sözlərinə görə, Almaniya tərəfindən Azərbaycanla bu sahədə əməkdaşlığa kifayət qədər maraq var. Bu sahədə ilk addım Bakıda keçirilən energetka sahəsində əməkdaşlıq üzrə Alman-Azərbaycan forumu oldu.

"Məlumdur ki, Almaniya yüksək texnologiyalı ölkədir. Bütün yüksək texnologiyalar ya Almaniyada istehsal olunur, ya da orada effektiv tətbiq olunur. Bu nöqteyi-nəzərdən Almaniya Azərbaycan üçün çox mühimdir. Alman texnologiyası bizim üçün son dərəcə lazımlıdır" - deyə səfir bildirib.

Onun sözlərinə görə, Azərbaycan həmçinin Almaniyanın menecment, infrastrukturun möhkəmləndirilməsi, xüsusilə dəmir yolları, elektrik stansiyaları, mehmanxana komplekslərinin tikintisi və başqa sahələrdə olan təcrübəsinin örənilməsində maraqlıdır.

Xəbər lenti

Xəbər lenti