...

Tərtərdə külli miqdarda narkotik maddə aşkarlanıb

Siyasət Materials 11 İyul 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Səhlabad kəndində narkotik maddə hesab olunan 24 kq çətənə kolu aşkarlanıb. Şöbənin rəis müavini Mübariz Quliyevin çərşənbə günü verdiyi məlumata görə, Səhlabad kənd sakini 1970-ci il təvəllüdlü Bəhruz Əziz oğlu Musayevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən 6 kq şəkidə olan 8 qulluq edilən çətənə kolu, yabanı halda bitən çəkisi 18 kq olan 120 ədəd çətənə kolu polis şöbəsinin əməkdaşları tərəfindən götürülərək zərərsizləşdirilib. Faktla əlaqədar Tərtər rayon Polis Şöbəsində təhqiqat aparılır.

Tərtər paytaxt Bakıdan 380 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti