...

"Bizim Azərbaycan" bloku separatçılıqda ittiham etdiyi şəxslərin həbsinə çalışır

Siyasət Materials 11 İyul 2007 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Bizim Azərbaycan" bloku "Talışo səda" qəzetinin həbsdə olan əməkdaşlarının hüquqlarını müdafiə komitəsinin rəhbəri Hilal Məmmədovun həbs olunması tələbi ilə məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bu barədə "Bizim Azərbaycan" blokunun sədri Vüqar Bəyturan məlumat verib.

O bildirib ki, Hilal Məmmədovun Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinə etdiyi müraciət ölkəmizin əleyhinə yönəlib: "Həbsdə olan "Talışo sədo" qəzetinin baş readaktoru Novruzəli Məmmədov və məsul katibi Elman Məmmədovun hüquqlarını müdafiə adı altında bu şəxs antiazərbaycan, antitürk şüarlar səsləndirir, etnik separtçı mövqe nümayiş etdirir. Bu, vətəndaşı olduğu, yaşadığı ölkənin əleyhinə təbliğat aparmaq cəhdidir" - deyə Bəyturan qeyd edib. Onun sözlərinə görə, Hilal Məmmədov səfirliklərə ünvanladığı müraciətində Azərbaycanda guya talışların hüquqlarının pozulduğunu, onlardan İran əleyhinə vasitə kimi istifadə edildiyini yazıb. Guya MTN orqanları iki talış jurnalisti həbs etməklə İrana qarşı Amerikanın sifarişini yerinə yetirir.

Bəyturan hesab edir ki, bu cür cəfəng fikirlər Azərbaycanın ziyanınadır, çünki belə müraciətlərdən beynəlxalq qurumlar insan haqlarına dair öz hesbatlarında istifadə edirlər.

Qeyd edək ki, Hilal Məmmədov özünü "Talış-Muğan Respublikası" adlı qondarma, mövcud olmayan qurumun "mədəniyyət naziri" elan etmişdi.

Həmin qondarma qurumun "Milli Məclisinin sədri" elan edilmiş Fəxrəddin

Abbaszadə isə hazırda Rusiyada yaşayır. "Bizim Azərbaycan" bloku Abbaszadənin də Məmmədova yardımlar etdiyinə görə həbs olunmasına çalışır.

Xəbər lenti

Xəbər lenti