...

Ermənistan Silahlı Qüvvələri atəşkəsi yenidən pozub

Siyasət Materials 12 İyul 2007 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan-Ermənistan təmas xəttində atəşkəs yenə pozulub. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 12-də saat 00.15-dən 00.30-dək Ermənistanın Noyamberyan rayonunun Voskepar kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Əskipara kəndi yaxınlığındakı mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı verilən məlumata görə, həmin gün saat 03.15-dən 06.50-dək Ermənistan Silahlı Qüvvələri Berd rayonunun Çinari kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi yaxınlığındakı mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutublar.

Cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti