...

Rusiya Gürcüstandan əlavə hərbi yükün çıxarılmasına kömək məqsədilə Azərbaycana müraciət edib

Siyasət Materials 12 İyul 2007 15:27 (UTC +04:00)
Rusiya Gürcüstandan əlavə hərbi yükün çıxarılmasına kömək məqsədilə Azərbaycana müraciət edib

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov/ Rusiya hökuməti Gürcüstan ərazisindən əlavə silah-sursat dolu eşelonun və hərbi texnikanın Rusiyaya daşınmasına yardım məqsədilə Azərbaycan tərəfinə müraciət edib. Hazırda dövlətlərarası səviyyədə artıq iki eşelonun çıxarılması məsələsinə dair danışıqlar aparılır. Bu barədə cümə axşamı Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumatda deyilir.

Azərbaycan və Rusiya hökumətləri arasında Azərbaycan ərazisi vasitəsilə əmlakın və texnikanın daşınması ilə bağlı razılıq ötən il dövlətlərarası səviyyədə əldə olunub. Bununla da ötən il Gürcüstanda bağlanmaqda olan rus hərbi bazalarından texnikanın yarı hissəsi çıxarılıb. Texnikanın yarı hissəsi həmçinin Gürcüstandan Gümrü şəhərində (Ermənistan) yerləşən 102-ci rus hərbi bazasına daşınıb.

Azərbaycan və Rusiya arasında razılığa əsasən, 2007-ci ilin may ayından avqustun sonuna qədər Gürcüstandan daha 13 eşelon texnika və əmlak çıxarılacaq. Bu gün Gürcüstanın Batumi şəhərində yerləşən 12-ci rus hərbi bazasından dəmir yolu eşelonunun 9 hissəsi yola salınıb.

Rusiya və Gürcüstan arasında Rusiyanın Zaqafqaziya, Gürcüstan ərazisində yerləşən hərbi bazalarının və digər hərbi obyektlərinin çıxarılması tarixi və ardıcıllığı barədə razılıq 31 mart 2006-cı ildə əldə olunub.

Üç həftə bundan öncə Rusiya Axalkalakidə (Gürcüstan) yerləşən 62-ci hərbi bazasını yola salıb. RF Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya və Gürcüstan arasındakı razlığa əsasən, 2008-ci il ərzində ikinci və eyni zamanda sonuncu olan 12-ci rus hərbi bazası (Batumi) bağlanmalıdır.

RF müdafiə nazirinin müavini, ordu generalı Vladimir İsakovun verdiyi məlumata görə, texnikanın Azərbaycan ərazisi ilə daşınması Rusiyaya hərbi sursatın bazalardan çıxarılmasını asanlaşdırmağa və RF Maliyyə Nazirliyinin xərclərini azaltmağa imkan verir.

Azərbaycan texnikanın böyük hissəsinin Ermənistanda yerləşən rus hərbi bazasına daşınmasından və bu texnikanın 1994-cü ildə əldə edilmiş atəşkəsi pozulacağı, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların başlanacağı təqdirdə Azərbaycana qarşı istifadə olunacağından ehtiyat edərək regiondan hərbi texnikanın öz ərazisi vasitəsilə çıxarılmasına imkan verib.

Ermənistanda sovet dövründən 102-ci rus hərbi bazası yerləşib. Azərbaycan ərazisində rus hərbi bazası yerləşmir. Rusiya iki ölkə arasında münaqişənin həllində iştirak edir və bu münaqişə nəticəsində hər iki tərəfdən 25 min nəfər həlak olub. Bu günə qədər Dağlıq Qarabağ və daha yeddi Azərbaycan rayonu Ermənistan hərbi qüvvələrinin işğalı altındadır.

V

Xəbər lenti

Xəbər lenti