...

Gürcüstanın müdafiə naziri Bakıda Azərbaycanla ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edir

Siyasət Materials 13 İyul 2007 14:20 (UTC +04:00)
Gürcüstanın müdafiə naziri Bakıda Azərbaycanla ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edir

Azərbaycan, Bakı, /müx. Trend S.Ağayeva / Gürcüstanın müdafiə naziri David Kezaraşvili işgüzar səfərlə Bakıdadır. Gürcüstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu ölkənin müdafiə idarəsinin rəhbəri Bakıya cümə axşamı gəlib. Bu gün o, azərbaycanlı həmkarı Səfər Əbiyevlə görüşüb.

Danışıqların gedişi, o cümlədən səfərin proqramı barədə məlumat verilmir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin nazirlərin görüşü barədə press-reliz yayacağı gözlənilir. Gürcüstan müdafiə nazirinin səfəri şənbə günü başa çatacaq.

Xəbər lenti

Xəbər lenti