...

Amerikalı ekspert ABŞ prezidentinə Putinin Qəbələ RLS-lə bağlı təklifini qəbul etməyi məsləhət görür

Siyasət Materials 13 İyul 2007 15:02 (UTC +04:00)

Əgər prezident Buş həqiqətən də raketdən müdafiə sistemi üzrə beynəlxalq əməkdaşlığa səy göstərirsə, o zaman prezident Vladimir Putinin Azərbaycandakı Qəbələ RLS-in birgə istifadə olunması ilə bağlı təklifini qəbul etməlidir. Bu fikirləri "Nyu-York tayms" qəzetinin səhifələrində Massaçusetsk Texnoloji İnstitutunun (MTI) professoru Teodor Postol bildirib.

Onun fikrincə, Azərbaycan üzrə təkliflərin "iki məsələdə əhəmiyyəti var: bu ABŞ-ın Şərqi Avropada RMS elementləri yerləşdirmək üzrə planları ilə bağlı yaranan diplomatik qarşıdurmaya son qoya bilər, həmçinin İran üzərində daha ehffektiv nəzarət yarada bilər" - deyə ITAR-TASS xəbər yayıb.

Professor bunu onunla izah edir ki, "rus radarının texniki xarakteriskası və hazırda Alyaskada tikilən və bunun analoqu olan RMS sistemi bir-birini tamamlayır". "Əgər biz qəti olaraq RMS sistemi yaratmaq niyyətindəyiksə, o zaman biz nəinki rusların informasiya mübadiləsi haqqında təklifini qəbul etməliyik, həm də Amerikanın RMS radar sistemi və digər texnologiyalarını Azərbaycanda, mümkündür ki, hətta qonşu Türkiyədə quraşdırmalıyıq" - deyə Postol bildirir. O əmindir ki, Rusiya və ABŞ-ın bu cür əməkdaşlığı "İrana qarşı RMS sisteminin daha effektiv olma şanslarını artıra bilər".

Amerikalı ekspert iki aparıcı gücün Azərbaycanda əməkdaşlığının daha bir üstünlüyünü göstərir: "Belə qısa məsafədə Amerika radarı Vaşinqtona istiqamətlənmiş İran raketini Şərqi Avropada yerləşəcək radardan 3-4 dəqiqə daha tez qeydə ala bilər ".

Professor xatırladır ki, ötən ay Buş Putinə "soyuq müharibənin" başa çatdığını deyib. "Rusiya ilə RMS sahəsində əməkdaşlıq bu sözləri fəaliyyətdə də təsdiq etməyə imkan verər" - deyə Postol qeyd edir.

Xəbər lenti

Xəbər lenti