...

Azərbaycanın müdafiə naziri: "Ermənistan sülh danışıqlarından nəticə çıxarmasa, torpaqlarımızı işğalçılardan azad edəcəyik"

Siyasət Materials 13 İyul 2007 16:14 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri: "Ermənistan sülh danışıqlarından nəticə çıxarmasa, torpaqlarımızı işğalçılardan azad edəcəyik"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan sülh danışıqlarından nəticə çıxarmalıdır. Əks təqdirdə Azərbaycan öz torpaqlarını işğalçılardan azad edəcək. Bu bəyanatla cümə günü gürcüstanlı həmkarı David Kezeraşvili ilə görüşündə Azərbaycan müdafiə naziri Səfər Əbiyev çıxış edib.

Nazirin sözlərinə görə, ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar davam etdiyi üçün Azərbaycan problemin dinc yolla həllinə üstünlük verir. "Sülh danışıqları sonsuz davam edə bilməz. Ermənistan beynəlxalq hüquq normalarına riayət edərək işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır" - deyə Əbiyev bildirib.

Əbiyev Azərbaycan-Gürcüstan əməkdaşlığı strateji xarakter daşıyır və bütün beynəlxalq tədbirlərdə eyni mövqedən çıxış edir.

Kezeraşvili öz növbəsində deyib ki, hər iki dövlətin Müdafiə nazirlikləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığın aparılması hər iki ölkənin ümumi mənafələrinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti