...

Azərbaycan prezidenti Fransanın dövlət başçısını təbrik edib

Siyasət Materials 13 İyul 2007 20:08 (UTC +04:00)

Azərbaycan, Baku /müx. Trend P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev Fransa respublikasının prezidenti Nikola Sarkoziyə ölkəsinin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə təbrik məktubu göndərib. Bu barədə Trend xəbər verir.

Məktubda Azərbaycan-Fransa münasibətlərinin hərtərəfli və dinamik inkişafı etdiyi vurğulanır, Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi bundan sonra da fəal iştirak edəcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və qaçqınlarımızın doğma yurd-yuvalarına qayıtması üçün səylərini davam etdirəcəyinə ümid ifadə edilir.

Xəbər lenti

Xəbər lenti