...

Cari ilin birinci yarısında 454 min yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb

Siyasət Materials 14 İyul 2007 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Cari ilin birinci yarısında respublikada 454 minə yaxın yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Trend ə verilən məlumata görə, pozuntuların 80 minə yaxını sürət həddini keçmə, 45 mini ötmə qaydalarının pozulması, 6 mini qəza vəziyyəti yaratma,12 mini avtomobilin sərxoş vəziyyətdə idarə olunması, 3 mini yol polisi əməkdaşına tabe olmama ilə bağlıdır.

Hesabat dövründə 123 min sürücü yol hərəkəti pozuntusu törətdiyi üçün yerində cərimələniblər. 1158 sürücü isə müxtəlif müddətlərə sürücülük hüququndan məhrum ediliblər. 2500 piyada isə hərəkət qaydalarını pozduğu üçün inzibati qaydada cəzalandırılıblar.

Bu ilin birinci yarım illiyində respublikada 1284 yol nəqliyyat hadisəsi baş verib. Qəzalar zamanı 388 nəfər həlak olub, 1430 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəzaların 640-ı Bakıda baş verib. Paytaxtda isə qəzalar 128 nəfərin ölümü, 712 nəfərin yaralanması ilə nəticələnib.

6 ayda baş verən qəzaların 580-i piyadavurma, 447-si toqquşma, 111-i aşma, 107-si maneə vurma olub.

Xəbər lenti

Xəbər lenti