...

Amerikalı diplomat: "Azərbaycanda müstəqil medianın fəaliyyəti önəmlidir" (video)

Siyasət Materials 16 İyul 2007 11:06 (UTC +04:00)
Amerikalı diplomat: "Azərbaycanda müstəqil medianın fəaliyyəti önəmlidir" (video)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda peşəkar, obyektiv və müstəqil medianın fəaliyyəti önəmlidir və bu, ölkədə demokratiyanın inkişafına təkan verən amillərdən biridir. Bu barədə bazar ertəsi Azərbaycanda həbsdə olan jurnalistlərə dair sualı cavablandırarkən ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi məlumat verib. Səfir bildirib ki, Azərbaycanda həm hökumət, həm də media peşəkar, demokratiyaya yönəlmiş şəkildə fəaliyyət göstərən medianın mövcud olması üçün müxtəlif səylər göstərir.

"Azərbaycan Avropa Şurası qarşısında demokratiyanın inkişafı sahəsində müxtəlif öhtəliklər götürüb. Bu mənada ölkədə tam müstəqil media vacib məsələdir" - deyə səfir əlavə edib.

Azərbaycanda 7 jurnalist həbsdədir.

Xəbər lenti

Xəbər lenti