...

Azərbaycan İslam Partiyasına yeni sədr seçilib

Siyasət Materials 16 İyul 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan İslam Partiyasının dördüncü qurultayı keçirilib. Qurultayda partiya sədri Hacıağa Nurinin və Mərkəzi Təftiş Komissiyasının sədri Fəyyaz Nəbizadənin hesabat məruzələri dinlənilib.

Partiya sədrliyinə Hacıağa Nuri, Rövşən Əhmədli və Mövsüm Səmədov namizəd olublar. Lakin Nuri və Əhmədli namizədliklərini geri götürüblər. Yeganə namizəd qalan Səmədov açıq səsvermə yolu ilə İslam Partiyasına sədr seçilib.

Qurultay üç nəfərdən ibarət Mərkəzi Təftiş Komissiyasını seçib.

Hacı Mövsüm Səmədov 1965-ci ildə Quba rayonunda anadan olub, Azərbaycan Dövlət Tibbi Universitetini bitirib, həmçinin ali ilahiyyat təhsili alıb. 1993-cü ildən İslam Partiyasının sıralarındadır.

Dini təmayüllü, müxalifətyönlü İslam Partiyası 1991-ci ilin avqustunda təsis olunub, 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Partiya 1995-ci il parlament seçkilərində iştirak etdiyi üçün təkrar qeydiyyata alınmayıb.

Xəbər lenti

Xəbər lenti