...

Azərbaycanda yeni müxalifyönlü, mərkəzçi partiya yaradıldı

Siyasət Materials 16 İyul 2007 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda yeni müxalifyönlü, mərkəzçi partiya yaradıldı. Bazar günü Yeni Zaman Partiyasının təsis qurultayı keçirilib. Bu barədə partiyanın təşkilat komitəsinin rəhbəri Musa Ağayev məlumat verib.

Qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılmadığından toplantı təşkilatın öz ofisində keçirilib. Qurultayda 117 nəfər iştirak edib, partiyanın strukturları formalaşdırılıb, Məramnamə və Nizamnaməsi qəbul edilib. Musa Ağayev Yeni Zaman Partiyasının sədri seçilib. Həmçinin 11 nəfərlik İdarə Heyəti, 21 nəfərlik Mərkəzi Şura, beş nəfər üzvdən ibarət mərkəz nəzarət-təftiş komissiyası formalaşdırılıb.

Ağayev bildirib ki, Yeni Zaman Partiyası mərkəzçi, hakimiyyətə qarşı müxalif mövqedə dayanan partiya olacaq, əsasən ölkənin müxtəlif sahələri ilə bağlı proqram və konsepsiyalar hazırlayıb təqdim edəcək. Ağayevin sözlərinə görə, partiyada əsasən intellektual potensiallı insanların cəmləşməsinə çalışacaqlar. Ağayev partiyada üç mindən çox insanın təmsil olunduğunu deyir.

Ağayev həmçinin Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovla heç bir əlaqələrinin olmadığını bildirib.

Xatırladaq ki, Musa Ağayev Bakı Dövlət Universitetinin müəllimi olub. "Yeni zaman"-"Novoye vremya" qəzetlərinin təsisçisidir.

Xəbər lenti

Xəbər lenti