Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Bazar ertəsi Bakıda hərbi və təhlükəsizlik sahəsində Amerika-Azərbaycan məsləhətləşmələri keçirilir. Azərbaycan paytaxtına gələn Amerika işçi qrupunun tərkibinə müxtəliflik nazirlik və qurmların nümayəndələri daxildir. Bu barədə bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik məlumat verib.
Henik danışıqların konkret detallarını və missiyanın tərkibini dəqiqləşdirməyib. Müzakirə olunan məsələlər arasında bioloji terrorizm, nüvə texnologiyalarının yayılmasına qarşı mübarizə sahəsində birgə proqramların həyata keçirilməsi, həmçinin radarlardan istifadə məsələləri var.
Azərbaycanın müxtəlif nazirlik və dövlət qurumlarında məsləhətləşmələr eyni zamanda aparılacaq, deyə o əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin