...

Ukrayna Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Sazişdə iştirakını dayandırması ilə bağlı vəziyyəti öyrənir

Siyasət Materials 17 İyul 2007 15:10 (UTC +04:00)
Ukrayna Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Sazişdə iştirakını dayandırması ilə bağlı vəziyyəti öyrənir

Ukrayna, Kievk/ Trend müxbir Z.Novosvitski/ Ukrayna Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Sazişdə iştirakını dayandırması ilə bağlı vəziyyəti öyrənir. Bu barədə Ukrayna prezidenti katibliyi rəhbərinin müavini Aleksandr Çalıy brifinqdə məlumat verib.

"Bu vəziyyət tərəfimizdən öyrənilir. İlkin reaksiya ondan ibarətdir ki, şübhəsiz bu, Ukrayna üçün milli təhlükəsizliyimizin təmin olunması ilə bağlı ciddi narahatlıq yaradır" - deyə o bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda həm Rusiyanın, həm də Ukrayna da daxil olmaqla digər tərəflərin iştirakı ilə Avropada Adi Silahlı Qüvvələr haqqında məsləhətləşmələr aparılacaq və Ukraynanın milli təhlükəsizliyini təmin edən qərar axtarılacaq.

İyulun 14-də Rusiya prezidenti Vladimr Putin Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Saziş və bununla bağlı olan beynəlxalq müqavilələrdə iştirakını dayandırması barədə sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti