...

Paytaxtın yol polisi cari ilin 6 ayında 43 cinayətin üstünü aça bilməyib

Siyasət Materials 17 İyul 2007 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbaliyeva/ Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu ilin 6 ayında axtarışda olan 4 nəfəri saxlayıb. İdarədən verilən məlumata görə, bu müddətdə axtarışda olan 2 avtomobil cinayətkarla birgə saxlanılıb. Ayrı-ayrı vətəndaşlardan 2 müxtəlif markalı tapança, 8 müxtəlif çaplı tüfəng, 4 avtomat, 205 avtomat patronu və 6 avtomat sandığı götürülüb.

Hesabat dövründə qəza törədən 82 sürücü hadisə yerindən qaçıb. Bu cinayətlərdən 39-nun üstü açılıb, 43-ü isə indiyədək bağlı qalıb. Açılmayan yol qəzaları paytaxtın Yasamal, Nizami, Nərimanov, Sabunçu, Suraxanı, Əzizbəyov rayonlarında qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti