...

Gürcüstanda yaşayan ermənilərin separatçı fəaliyyəti gürcü mətbuatında ifşa olunur

Siyasət Materials 17 İyul 2007 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürcüstanda yaşayan ermənilərin separatçı fəaliyyəti yerli mətbuatda ifşa olunur. Bu barədə Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov açıqlama verib.

Onun sözlərinə görə, bu yaxınlarda Gürcüstanda nəşr edilən "Palitra" və "Yeni yeddi gün" qəzetlərində erməni millətçilərinin Gürcüstanda ərazi iddiaları ilə bağlı aktiv fəaliyyətinə dair yazı dərc olunub. Yazıda erməni daşnaqlarının separatçı fəaliyyəti tam ifşa olunur.

Yazıda bildirilir ki, "Son zamanlar Cavaxetiyadakı ermənilər aktivləşməyə və tariximizi saxtalaşdırmağa başlayıblar. Samtsxe-Cavaxetiyadakı erməni separatçıları, xüsusən də "Daşnaksütyün" yönlü "VİRK", "Arşaluys", "Parvana", "Cavaxk", "Vahid Cavaxk Ayansı" adlı təşkilatlar Gürcüstanın tarixi ərazisi olan Cavaxetiyanı "Böyük Emənistan"ın tərkib hissəsi kimi qələmə verərək, dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Son zamanlar bölgədə daşnakların dəstəyi ilə yaradılan separatçı "Cavaxkın Milli Azadlıq Hərəkatı" gürcü dövlətinin və xalqının ünvanına təcavüzkar bəyanatlar səsləndirirlər. Erməni separatçıları bölgədə anti-gürcü fəaliyyətlərini gücləndirərək, Ermənistandan, Dağlıq Qarabağdan, Rusiyadan, Suriya və İrandan olan erməniləri müxtəlif adlar altında Ninotsminda rayonuna yerləşdirməyə başlayıblar"-deyə yazıda bildirilir.

Həmçinin qeyd olunur ki, Qorelovka kəndində yaşayan "duxobor" ruslar erməni şovinistlərinin təzyiqlərinə dözməyərək, bölgəni tərk etmək məcburiyyətində qalıblar. Qandza kəndində erməni separatçılarının qeyri-formal hərbi dəstələri mövcuddur ki, bu da Gürcüstanın ərazi bütövlüyünə ciddi təhlükə yaradır. Gürcüstanın hazırkı rəhbərliyi bütün bunlara ermənilərlə hansısa qohumluq əlaqələrinə malik olmaları səbəbindən göz yumsa da, gürcü xalqı ayağa qalxaraq ermənilərin bölgədə artan şovinist əhval-ruhiyyəsinin qarşısını almalıdır.

Yazı müəllifləri qeyd edirlər ki, abxazlar və osetinlər kimi, separatçı ermənilər də müstəqil dövlət yaratmaq, hər bir xalqın öz müqəddəratını təyin etmək hüququ və s. bu kimi əsassız, cəfəng ideyalarla silahlanaraq Gürcüstanın ayrılmaz parçası olan Cavaxetiyanı ölkədən ayırmağa çalışırlar: "Onlar artıq bu istiqamətdə Rusiya, Ermənistan və bir sıra Avropa ölkələrində gizli müzakirələr aparırlar. Cavaxetiyada təhlükəli proseslər gözlənilir ki, bu da erməni daşnaklarının və onlara xaricdən havadarlıq edən şovinistlərin Gürcüstana qarşı hazırladıqları zəncirvari təxribat planının bir həlqəsidir".

Yazının sonunda gürcü müəlliflər erməni daşnaqlarının qonşu Azərbaycan xalqına qarşı da ərazi iddialarını misal gətirərək, ermənilərin nə qədər iyrənc və xəyanətkar olması qənaətinə gəlirlər.

Əlibala Əsgərov isə bildirib ki, dost Azərbaycan və gürcü xalqları birlikdə əl-ələ verib vahid düşmənə qarşı eyni cəbhədən çıxış etməlidirlər.

Xəbər lenti

Xəbər lenti