...

Səfir: Gürcüstanda Azərbaycan məktəblərinin bağlanması nəzərdə tutulmur

Siyasət Materials 17 İyul 2007 20:20 (UTC +04:00)
Səfir: Gürcüstanda Azərbaycan məktəblərinin bağlanması nəzərdə tutulmur

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Hazırda Gürcüstandakı Azərbaycan məktəblərinin bağlanması məsələsi yoxdur. Bunu Azərbaycanın bu ölkədəki səfiri Namiq Əliyev bildirib.

Səfirin sözlərinə görə, Gürcüstan hökuməti ilə Azərbaycan məktəblərində gürcü dilinin tədris səviyyəsinin yüksəldilməsi ilə bağlı danışıqlar aparılır. Diplomat bildirib ki, bu məktəblərdə gürcü dilinin öyrənilməsi qane edəcək səviyyədə deyil.

Yaxın zamanlarda səfir azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli regionunun qubernatoru və Gürcüstanın təhsil naziri ilə görüşəcək. Əliyev qeyd edib ki, görüşdə məktəblərin inkişaf perspektivləri müzakirə olunacaq. Onun sözlərinə görə, Gürcüstandakı Azərbaycan məktəblərinin bağlanması nəzərdə tutulmur. Gündəlikdə azərbaycanlıların gürcü dilini öyrənməsi dayanır.

Bu günlərdə Azərbaycanın Xaricdə yaşayanlarla iş üzrə Dövlət Komitəsi Gürcüstandakı Azərbaycan məktəblərinin bağlanılması təşəbbüsü ilə çıxış edib.

Komitə sədri Nazim İbrahimov bildirib ki, məqsədəuyğun olardı ki, təhsil gürcü dilində aparılsın. Belə ki, gürcü dilini bilməyən azərbaycanlılar Gürcüstanda iş tapa bilmir və ölkəni tərk edirlər.

Gürcüstan hökuməti gözlənilmədən çoxsaylı məktəblərin bağlanılmasının əleyhinə çıxış edir və bildirir ki, proses 2010-cu ilə qədər mərhələli olmalıdır. Hazırda Gürcüstanda 123 Azərbaycan məktəbi fəaliyyət göstərir.

2005-2006-cı tədris ilində Gürcüstanda orta məktəbləri 9 min azərbaycanlı qurtarsa da, onlardan yalnız 47 nəfəri bu ölkənin ali məktəblərinə daxil olub.

Bir çox azərbaycanlılar öz doğma yerlərini tərk edir. Komitə təklif edir ki, Azərbayvan məktəblərinin yerinə gürcü məktəbləri açılsın və fakültativ olaraq Azərbaycan dili, mədəniyyəti və tarixi tədris olunsun.

Xəbər lenti

Xəbər lenti