...

2007-ci ilin 6 ayı ərzində keçmiş illərdən bağlı qalmış 272 cinayətin açılması təmin edilib

Siyasət Materials 18 İyul 2007 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ 2007-ci ilin 6 ayı ərzində keçmiş illərdən bağlı qalmış 272 cinayətin açılması təmin edilib. Daxili İşlər Nazirliyindən çərşənbə günü Trend ə verilən məlumata görə, açılan cinayətlərin 35-i ağır və xüsusilə ağır cinayətlər olub.

Hesabat dövründə odlu silahdan istifadə etməklə törədilən cinayətlərin sayı 13,3 faiz artıb. Küçə və parklarda törədilmiş cinayətlər 6,9 faiz artmasına baxmayaraq, ümumilikdə ictimai yerlərdə baş vermiş cinayətlər 0,6 faiz azalıb.

Xəbər lenti

Xəbər lenti