...

Azərbaycanda sement istehsalı artıb

Siyasət Materials 18 İyul 2007 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Yanvar -iyun aylarında Azərbayacanda qeyri-metal mineral maddələrin istehsalı 14,4 faiz artıb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsindən veriblər.

Əsas məhsulların - sement, kərpiç, əhəng, tikinti şüşəsi istehsalı artıb. Hazırda tikinti məhsullarının 94,5 faizi özəl sektorda istehsal olunur.

Məhsulun növləri istehsalın həcmi(yanvar-iyun 2007) ötən illə müqayisə % hazır məhsul ehtiyatı 1 iyul 2007
Sement, əhəng və gips istehsalı
Sement (min ton) 771 102,9 14,4
Tikinti gipsi (min ton) 8 046,1 60,6 186,1
Tikinti əhəngi (min ton) 126,9 15 15
Sementdən tikinti konstruksiyaları (min kubmetr) 24,5 2,7 5,5
Sement, yaxud betondan tikinti blokları (ton) 2165,7 53,8 331,3
Hazır beton qarışığı (min ton) 791,3 92,9 -
Asbest-sement piltə (şifer, min kvadratmetr) 455,3 2,2 157,6
Asfalt (min ton) 188 151,1 -

Yanvar - may ayında bu sahədə işçilərin sayı 653 nəfər təşkil edib. Bu göstərici 2006-cı ilin müvafiq döpvrü ilə müqayisədə 28,5 faiz çoxdur. Orta aylıq əmək haqqı 178,3 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti