...

Azərbaycan MSK Dağlıq Qarabağda keçiriləcək qondarma seçkilərlə bağlı bəyanat yayıb

Siyasət Materials 18 İyul 2007 20:23 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend P.Əmircanov/Azərbaycanın Mərkəzi Seçki Komissiyası Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdakı qondarma rejimin iyulun 19-da keçirəcəyi qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yayıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Bəyanatda qondarma seçkilərin Azərbaycanın konstitusiyası və qanunlarına zidd olduğu və ATƏT, AŞ, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınmadığı bildirilir. "Azərbaycan Respublikası Konstitusiyasının 6-cı maddəsinə əsasən, heç bir sosial qurum, təşkilat və şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Seçkilər və referendumlar Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə əsasən, yalnız Mərkəzi Seçki Komissiyası tərffindən təşkil edilib həyata keçirilməlidir" - bəyanatda qeyd olunur..

Bəyanatda həmçinin bildirilir ki, qondarma seçkiləri müşahidə edəcək şəxslərin hərəkətləri Azərbaycan dövlətinin suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti