...

Azərbaycan Silahlı Qüvvələri zabitinin həbsi barədə məlumatı Müdafiə Nazirliyi təsdiqləmir

Siyasət Materials 19 İyul 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan Silahlı Qüvvələri zabitinin həbsi barədə məlumatı Müdafiə Nazirliyi təsdiqləmir. Nazirliyin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev cümə axşamı Trend ə bildirib ki, Rasim Muradovun qulluq etdiyi hərbi hissənin briqada komandiri tərəfindən həbsi barədə yayılan məlumat doğru deyil: "Hərbi hissənin komandirinin baş zabiti həbs etmək səlahiyyəti yoxdur". Verdiyev Muradovun hər hansı formada cəzalandırılması barədə məlumatsız olduğunu deyib. Muradovun hüquqlarını müdafiə komitəsinin sədri Ələkbər Məmmədov Trend ə bildirib ki, Muradov cərşənbə günü keçirilən mətbuat konfransında telefonla mətbuatın suallarını cavablandırandan sonra xidmət etdiyi hərbi hissədə tutulub. Məmmədovun sözlərinə görə, briqada komandiri Muradovu şəxsi heyətin qarşısına çıxararaq, hərbi sirləri mətbuata verməsi və mətbuatdakı çıxışları ilə əlaqədar onun həbs edildiyini bəyan edib. Komitə sədri Muradovun hansı müddətə həbs edildiyini bilmir. O qeyd edib ki, Muradovun həbsi Respublika Hərbi Prokurorluğunda ona qarşı açılmış cinayət işi ilə də bağlı ola bilər.

Muradov barəsində Respublika Hərbi Prokurorluğunda vəzifədən sui-istifadə və rüşvət alma maddələri ilə cinayət işi açılıb. Hazırda Muradov Naxçıvan MR-dəki hərbi hissələrin birində xidmət edir.

Xəbər lenti

Xəbər lenti