...

Türkiyənin hakim partiyasının deputatı: "Ərdoğan prezidentliyə üç nəfərin namizədliyini irəli sürəcək"

Siyasət Materials 19 İyul 2007 11:41 (UTC +04:00)
Türkiyənin hakim partiyasının deputatı: "Ərdoğan prezidentliyə üç nəfərin namizədliyini irəli sürəcək"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) yeni seçiləcək parlamentdə çoxluq təşkil etdikdən sonra Rəcəb Tayyib Ərdoğan prezidentliyə üç nəfərin təqdimatını verəcək. Bu barədə Trend ə açıqlamasında hakim partiya AKP-dən olan millət vəkili Əhməd Faruk Ünsal məlumat verib.

O qeyd edib ki, Türkiyə prezidentliyinə namizədi parlamentdə üstünlük təşkil edən qüvvə, yəni hakim partiya irəli sürməlidir. Ünsalın sözlərinə görə, bu dəfəki seçkidə yenə də AKP liderliyi ələ alacaq. Belə olan halda AKP sədri Ərdoğan Türkiyə prezidentliyinə namizədlərin adlarını açıqlayacaq.

Millət vəkili Ünsalın sözlrinə görə, Ərdoğan AKP-də təmsil olunan üç nüfuzlu şəxsin üzərində düşünür. Onlardan biri Türkiyənin hazırda xarici işlər naziri Abdullah Güldür. Digər iki nəfərin kim olacağı isə hələlik məlum deyil.

Ünsalın dediyinə görə, AKP-də kifayət qədər potensiallı liderlər var.

Millət vəkili onu da deyib ki, AKP yeni parlamentdə təxminən 300-ə qədər deputatla təmsil olunarsa, Abdullah Gülün prezident seçilmə ehtimalı azalır.

Parlamentdə təmsil olunması gözlənilən müxalifət partiyaları isə (CHP və MHP) prezidentliyə namizəd verə bilməyəcək. Onlar AKP-nin namizədlərindən birini seçməli olacaqlar.

Xatırladaq ki, iyulun 22-də Türkiyədə parlament seçkiləri olacaq. Yeni seçilən parlament Türkiyənin prezidentini, baş nazirini seçəcək, hökuməti formalaşdıracaq.

Xəbər lenti

Xəbər lenti