...

Gürcüstanda AŞ-nin yerli özünüidarəetmə islahatlar Mərkəzinin Cənubi Qafqaz ofisi açılacaq

Siyasət Materials 19 İyul 2007 15:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcüstanda Avropa Şurasının yerli özünüidarəetmə islahatlar Mərkəzinin baş Cənubi Qafqaz ofisi açılacaq. Bu barədə cümə axşamı Tbilisi Sakrebulosunun (yerli özünüidarətemə orqanı) sədri Zaza Beqaşvili Mərkəzin rəhbəri Covani Disnarla görüşündən sonra məlumat verib.

Görüş zamanı onlar yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Beqaşvilinin sözlərinə görə, prezident və avropalı həmkarların köməyi ilə Gürcüstanın milli yerli özünüidarəetmə Assosiasiyası çalışacaq ki, yerli özünüidarəetmə orqanları yaranan problemləri operativ şəkildə həll edə bilsinlər.

Xəbər lenti

Xəbər lenti